“Qarabağ”ın əcnəbi futbolçuları xarici klubların maraq dairəsində olmaqda davam edir.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, indi də yarımmüdafiəçi Aleksey Kaşukun Ağdam klubundan ayrılmaq ehtimalı yaranıb.
Məlumata görə, İspaniya La Liqasında mübarizə aparan klublardan biri 24 yaşlı hücumameyilli oyunçunu qış transfer dönəmində heyətinə cəlb etməyi planlaşdırır. Ad açıqlanmasa da, onun İspaniya yüksək liqasında aşağı pillələrdə qərarlaşan komandalardan biri olduğu bildirilir. Həmin klub Kaşuku yayda birdəfəlik transfer etmək hüququ ilə mövsümün sonuna qədər icarəyə götürməyi nəzərdən keçirir. İspanların skautları mövsümün əvvəlindən ukraynalı futbolçunun oyunlarını izləyir.
Qeyd edək ki, ötən ilin əvvəlində “Malyorka”ya keçidi baş tutmayan Aleksey Kaşuk mövsümün əvvəlində “Qarabağ”la 3 illik müqavilə imzalayıb.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/10/1739192294_5282745281307340976.jpg)
- A-
- A
- A+
İdman
17:33 / 10.02.2025
İspaniya klubu “Qarabağ”ın futbolçusunu İSTƏYİR
Hazırda oxunan: İspaniya klubu “Qarabağ”ın futbolçusunu İSTƏYİR
Hazırda oxunan: İspaniya klubu “Qarabağ”ın futbolçusunu İSTƏYİR
234103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.