"Qarabağ"ın daha bir futbolçusu "Ferentsvaroş"a keçəcək?

Hazırda oxunan: "Qarabağ"ın daha bir futbolçusu "Ferentsvaroş"a keçəcək?

234066

Macarıstanın "Ferentsvaroş" klubu "Qarabağ"ın hücumçusu Leandro Andradeyə elçi düşüb.

Bizim.Media xəbər verir ki, Leandro Andrade komandanı tərk etmək üzrədir.
 

O, Macarıstanın "Ferentsvaroş" klubunun transfer siyahısına düşüb. Budapeşt təmsilçisinin yarımmüdafiəçini yaxından izlədiyi bildirilir.


Macarıstanlılar hələlik gözləmə mövqeyindədirlər. Klub rəhbərliyi rəsmi təklif üçün yaya qədər gözləyəcək. Transfer pəncərəsində "Ferentsvaroş"un Andrade üçün "Qarabağ"a təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, daha öncə "Qarabağ"ın yarımmüdafiəçisi Julio Romao "Ferentsvaroş" klubuna transfer olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin