“Qalatasaray”ın oyunu mübahisəli penalti qərarına görə yarımçıq dayandırıldı - VİDEO

Hazırda oxunan: “Qalatasaray”ın oyunu mübahisəli penalti qərarına görə yarımçıq dayandırıldı - VİDEO

233999

Türkiyə Superliqasının XXIII turunun “Qalatasaray” – “Adana Dəmirspor” oyunu yarımçıq dayandırılıb.

Bizim.Media xəbər verir ki, buna qonaq komandanın meydanı tərk etməsi səbəb olub.

12-ci dəqiqə görüşün baş hakimi Adana təmsilçisinin qapısına mübahisəli penalti təyin edib.
 

Alvaro Morata dəqiq zərbə ilə İstanbul klubunu hesabda önə çıxarıb. Penalti epizoduna etiraz edən “Adana Dəmirspor”un futbolçuları baş məşqçi Mustafa Alpər Avcı ilə məsləhətləşmədən sonra meydanı tərk edərək, paltardəyişmə otağına yollanıblar.


Qarşılaşma ilə bağlı yekun qərarı Türkiyə Futbol Federasiyası qəbul edəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin