Karateçilərimiz Avropa çempionatından 3 medalla dönürlər - FOTO

Hazırda oxunan: Karateçilərimiz Avropa çempionatından 3 medalla dönürlər - FOTO

233998

Polşanın Bielsko-Biala şəhərində karate (WKF / idman karatesi) üzrə yeniyetmə, gənclər və U-21 yaş kateqoriyalarının 52-ci Avropa çempionatı başa çatıb.

Azərbaycan Karate Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, milli komandanın üzvləri yarışdan 3 medalla dönürlər.

Yığmanın heyətində Ələddin Məlikov (16-17 yaş / 68 kiloqram) gümüş, Vüsal Qənbərov (14-15 yaş / 52 kiloqram) və Əliəşrəf Qafarov (14-15 yaş / 57 kiloqram) bürünc mükafata yiyələnib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin