Futbol üzrə Misli Premyer Liqasında XXII tura start verilib.
Bizim.Media xəbər verir ki, meydana ilk olaraq “Şamaxı” və “Sumqayıt” komandaları çıxıblar.
Şamaxı şəhər stadionunda reallaşan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bölgə təmsilçisinin yeganə qoluna 61-ci dəqiqədə Brahim Konate imza atıb.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran “Şamaxı” turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. 22 xala malik “Sumqayıt” isə altıncıdır.
Günün ikinci matçında isə “Sabah”la “Turan Tovuz” qarşılaşacaq. “Bank Respublika Arena”da keçiriləcək oyun saat 17:00-da başlayacaq.
Bizim.Media