San Pedro Sulada (Honduras) Amerikanın "İnter Mayami" klubu ilə yerli "Olimpia" arasında yoldaşlıq oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, oyun qonaqların 5:0 hesablı darmadağınlı qələbəsi ilə başa çatıb.
Qalib komandanın qolları arasında Federiko Redondo Solari, Noa Allen, Rayan Seylor və ulduz futbolçular Lionel Messi və Luis Suares var. Uruqvaylı Messinin qoluna ötürmə də verib.
Xatırladaq ki, “İnter Mayami” ilk rəsmi oyununu fevralın 19-da “Sportinq Kanzas Siti” ilə keçirəcək.
Növbəti oyun fevralın 22-də “Nyu York Siti” ilə olacaq. Bu matç klubun yeni MLS mövsümündə ilk oyunu olacaq.
Bizim.Media