Kvaratsxeliya PSJ-dəki ilk qolundan DANIŞDI

Hazırda oxunan: Kvaratsxeliya PSJ-dəki ilk qolundan DANIŞDI

233862

PSJ-nin yeni transferi Xviça Kvaratsxeliya komandada vurduğu ilk qol haqqında danışıb.

Bizim.Media "RMC Sport"a istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Fransa Liqa 1-in 21-ci turunda “Monako” ilə matçda (4:1) fərqlənib.

O, görüşdən sonra açıqlamasında deyib: “Bu stadionda, belə bir izdiham qarşısında qol vurmaq ən gözəl hissdir. İstəyirdim ki, ilk qolu daha tez vurum. Bu böyük komandaya kömək etmək üçün daha çox çalışmalıyam. Hamı mənimlə çox yaxşı davranır. Mən burada olmaqdan şadam".

Qeyd edək ki, Kvaratsxeliya ötən ay "Napoli"dən PSJ-yə keçib. Transfer məbləği təxminən 70 milyon avro təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin