Pikedən "Real"a tənqidi sözlər

Hazırda oxunan: Pikedən "Real"a tənqidi sözlər

233851

"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike "Real"ın La Liqanın hakimlərindən şikayət etməsi haqda danışıb.

Bizim.Media xəbər verir ki, Madrid təmsilçisi İspaniya Kral Futbol Federasiyasına (RFEF) La Liqanın 22-ci turunun "Espanyol"la matçında (0:1) hakimin işi ilə bağlı rəsmi şikayət ərizəsi təqdim edib.

Pike isə bu haqda öz fikirlərini bölüşüb. O, "kral klubu"nu tənqid edib:

“Biz bu hekayəni əvvəllər milyon dəfə yaşamışıq. 120 ildir ki, belədir. Bu kimi şoular "Real"ın üslubudur. Qalib gələ bilməyəndə bütün mexanizmlərdən, mediadan istifadə edərək diqqəti başqa yerə yönəldirlər. Bundan əziyyət çəkən ancaq daha çox təzyiq altında qalan hakimlər olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin