“Neftçi” daha bir legionerlə RAZILIĞA GƏLDİ

Hazırda oxunan: “Neftçi” daha bir legionerlə RAZILIĞA GƏLDİ

233702

Transfer çalışmalarını davam etdirən "Neftçi" daha bir legioneri heyətinə qatmağa yaxındır. 

Bizim.Media xəbər verir ki, "ağ-qaralar" Haiti millisinin üzvü Jan Jayro ilə anlaşmaq üzrədir.
 

Maraqlıdır ki, Qazaxıstan "Aktobe"sindən ayrılan 26 yaşlı futbolçu yanvarın 15-i Küveytin "Əl Qadsia" klubu ilə müqavilə imzalayıb. Lakin, sənəd məsələlərində problem yarandığından haitili ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.


Kilian Lebonla yollarını ayıran "ağ qaralar"ın bu mövqeyə axtarışları bitib və Jan Jayronun yaxın günlərdə Bakıya gəlib Samir Abbasovun komandasına qoşulacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin