Serxio Ramosun yeni klubu BƏLLİ OLDU

Hazırda oxunan: Serxio Ramosun yeni klubu BƏLLİ OLDU

233670

İspaniyalı futbolçu Serxio Ramosun "Monterrey"ə keçidi rəsmiləşib. 

Bizim.Media xəbər verir ki, 38 yaşlı futbolçu Meksika klubu ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalayıb.

Müdafiəçi 2025-ci il klubların dünya çempionatının iştirakçılarından biri olacaq "Monterrey"də 93 nömrəli formanı geyinəcək.
 

Bu onun 2014-cü ildə "Real"ın heyətində Çempionlar Liqasında "Atletiko" ilə final matçının 90+3-cü dəqiqəsində qol vurmaqla komandasını məğlubiyyətdən xilas etməsinə bir işarədir.


Qeyd edək ki, Ramos "Sevilya" ilə müqaviləsinin müddəti başa çatandan sonra 2024-cü ilin iyulundan azad agent idi. O, əvvəllər həmçinin PSJ-də də oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin