Bu gün kişi voleybolçular arasında Yüksək Liqada IX tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, ikinci oyun gününə Sumqayıtda start verilib.
“Gənclər” “Neftçi”ni qəbul edib. Gözlənildiyi kimi, görüş "ağ-qaralar"ın asan qələbəsi ilə yekunlaşıb. Turun son matçında iddialılar üz-üzə gəlib. “Xilasedici” çempionatın lideri “Murov Az Terminal”la görüşüb. Lider mövsümdə ilk məğlubiyyətini yaşayıb.
Yüksək Liqa (Kişilər)
IX tur
6 fevral
16:00. “Gənclər” - “Neftçi” - 0:3 (21:25, 16:25, 19:25)
Sumqayıt OİK
17:00. “Xilasedici” - “Murov Az Terminal” - 3:1 (25:23, 19:25, 25:20, 25:20)
FHN-in idman zalı
1 Murov Az Terminal 9 8 1 25-3 688-515 24
2 Xilasedici 9 7 2 22-8 711-583 21
3 Azərreyl 9 6 3 21-10 732-593 19
4 Neftçi 9 5 4 15-15 648-637 14
5 MOİK 9 1 8 3-26 570-698 2
6 Gənclər 9 0 9 3-27 500-726 1
Qeyd edək ki, turun ilk günündə “Azərreyl” MOİK-ə 3:0 (25:16, 25:17, 25:14) hesabı ilə qalib gəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/07/1738874314_5271778554763407603.jpg)
- A-
- A
- A+
İdman
00:37 / 07.02.2025
Yüksək Liqa: Lider mövsümdə ilk məğlubiyyətini aldı
Hazırda oxunan: Yüksək Liqa: Lider mövsümdə ilk məğlubiyyətini aldı
Hazırda oxunan: Yüksək Liqa: Lider mövsümdə ilk məğlubiyyətini aldı
233617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.