Juninyo “Flamenqo”da ilk qolunu vurdu – VİDEO

Hazırda oxunan: Juninyo “Flamenqo”da ilk qolunu vurdu – VİDEO

233470

“Qarabağ”ın sabiq futbolçusu Olavio Juninyo ötən ay transfer olunduğu “Flamenqo”da qol hesabını açıb.

Bizim.Media xəbər verir ki, 28 yaşlı hücumçu Kariokanın A seriyasının “Portuqeza” ilə görüşündə fərqlənib.

O, komandasının 5:0 hesablı qələbə qazandığı qarşılaşmanın 40-cı dəqiqəsində hesabı açıb.

Səfərdə fərqlənən Juninyo “Flamenqo”dakı 3-cü oyununda ilk qolunu vurub.

Qeyd edək ki, bu, Olavionun karyerasında Kariokada vurduğu ilk topdur.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin