“Real” Alfonso Devislə müqaviləni ARTIRDI

Hazırda oxunan: “Real” Alfonso Devislə müqaviləni ARTIRDI

233432

Almaniyanın "Bavariya" klubunda yeni müqavilə qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Münhen təmsilçisi Alfonso Deyvisin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

"Real"ın heyətinə qatmaq istədiyi kanadalı sol cinah müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.


Qeyd edək ki, "Bavariya" Alfonso Deyvisi 2019-cu ilin yanvar ayında "Vankuver"dən transfer edib.

Kanada millisinin üzvü olan 24 yaşlı futbolçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin