"Bavariya"nın müdafiəçisi Erik Dayerin gələcəyi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə "Bayern&Germany" məlumat yayıb.
31 yaşlı futbolçu Münhen klubunu tərk edəcək.
Dayer sürəti az olduğu üçün yeni baş məşqçi Vinsent Kompaniyə uyğun deyil. O, cari mövsüm "Bavariya"da cəmi 12 matçda meydana çıxmaq şansı qazanıb.
"Bavariya" rəhbərliyi Dayerə yeni müqavilə təklif etməyəcək.
Qeyd edək ki, ingiltərəli futbolçu 2024-cü ilin yanvarından “Bavariya”da oynayır.
Bizim.Media