Neymar Braziliyada məşqlərə şəxsi helikopteri ilə gedir - VİDEO

Hazırda oxunan: Neymar Braziliyada məşqlərə şəxsi helikopteri ilə gedir - VİDEO

233335

“Santos” klubunun yeni transferi Neymar müvəqqəti məskunlaşdığı evdən komandanın məşqlərinə hər gün helikopterlə gedir.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı hücumçu hələlik Santos ştatında ev almadığına görə klubun bazasına çatmaq üçün şəxsi helikopterdən istifadə edir.
Hazırda Neymarın nümayəndələri ulduz futbolçu üçün malikanə axtarırlar.

Qeyd edək ki, Neymar 2009-2013-cü illərdə "Santos"un əsas komandasında çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 225 matçda iştirak edib, 136 qol vurub və 64 məhsuldar ötürmə ilə yadda qalıb.

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan transfer olunan hücumçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin