Azərbaycanın yeniyetmə və gənclərdən ibarət karateçiləri Polşanın Bielsko-Biala şəhərində keçiriləcək 52-ci Avropa çempionatında iştirak edəcəklər.
Karate Federasiyasından Bizim.Media-ya bildiriblər ki, ölkəmizi turnirdə 28 idmançı təmsil edəcək. Onlar baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Şahin Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi ilə kumite və kata növlərində mübarizə aparacaqlar.
Bundan başqa, Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Cahangir Babayev və Rənad Əliyev yarışda hakim qismində çıxış edəcəklər.
Qeyd edək ki, yarış fevralın 7-dən 9-dək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:34 / 05.02.2025
Azərbaycanı Avropa çempionatında 28 karateçi təmsil edəcək
Hazırda oxunan: Azərbaycanı Avropa çempionatında 28 karateçi təmsil edəcək
Hazırda oxunan: Azərbaycanı Avropa çempionatında 28 karateçi təmsil edəcək
233319
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.