"Komo"nun hücumçusu Andrea Belotti karyerasını Portuqaliyada davam etdirəcək.
Bizim.Media xəbər verir ki, "Benfika" italiyalı hücumçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya millisinin forvardı mövsümün ikinci yarısını Lissabon təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Komo" Andrea Belottini mövsümün əvvəlində "Roma"dan transfer edib. 31 yaşlı futbolçu A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi oyunda 2 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:45 / 04.02.2025
“Benfika” İtaliya millisinin üzvünü TRANSFER ETDİ
Hazırda oxunan: “Benfika” İtaliya millisinin üzvünü TRANSFER ETDİ
Hazırda oxunan: “Benfika” İtaliya millisinin üzvünü TRANSFER ETDİ
233268
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.