"Sumqayıt"da növbəti ayrılıq gerçəkləşib.
Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi Jordan Rezabala ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə müddəti başa çatan ekvadorlu yarımmüdafiəçi ilə yeni anlaşma əldə olunmayıb. Klub Rezabalaya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Jordan Rezabala ötən ilin fevral ayından "Sumqayıt"da çıxış edirdi. 24 yaşlı futbolçu bu mövsüm "kimyaçılar"ın heyətində keçirdiyi 20 rəsmi matçda 3 qol və 3 assistlə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
20:56 / 03.02.2025
“Sumqayıt” bu legioneri ilə yollarını AYIRDI
Hazırda oxunan: “Sumqayıt” bu legioneri ilə yollarını AYIRDI
Hazırda oxunan: “Sumqayıt” bu legioneri ilə yollarını AYIRDI
233091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.