"Qarabağ"ın keçmiş futbolçusu yeni klubu ilə ilk titulunu qazandı - FOTO/VİDEO

Hazırda oxunan: "Qarabağ"ın keçmiş futbolçusu yeni klubu ilə ilk titulunu qazandı - FOTO/VİDEO

232951

Qış transfer pəncərəsində "Qarabağ"dan "Flamenqo"ya keçən Olavio Juninyo Braziliya klubu ilə ilk titulunu qazanıb.

Bizim.Media xəbər verir ki, ötən gecə "Botafoqo" ilə "Flamenqo" arasında keçirilən Braziliya Super Kubokunun final görüşü "qırmızı qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Qarabağ"ın sabiq hücumçusu Olavio Juninyo görüşün 80-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, qarşılaşma 15-ci dəqiqədə hesab 1:0 "Flamenqo"nun xeyrinə olarkən dayandırılıb. Aramsız yağan yağış səbəbindən meydança matçı davam etdirmək üçün yararsız hala düşüb. Hakimlər bir saat sonra qarşılaşmanın yenidən davam etdirilməsinə icazə veriblər.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin