Bu gün Misli Premyer Liqasında 21-ci tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, son gündə bir oyun baş tutub.
“Zirə” lider “Qarabağ”ı qəbul edib. Qarşılaşmanı Rəvan Həmzəzadə idarə edib. Beş qolluq matçda meydan sahibləri əzmkar qələbəyə seviniblər.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sabah”ı (3:2), “Neftçi” “Şamaxı”nı (1:0) məğlub edib, “Turan Tovuz” – “Səbail” (1:1) və “Sumqayıt” – “Araz-Naxçıvan” (0:0) matçlarında isə qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
21-ci tur
2 fevral
“Zirə” – “Qarabağ” 3:2
Qollar: Salifu Suma, 56; 67. Davit Volkov, 90 – Aleksey Kaşuk, 20. Patrik Andrade, 42.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev.
Zirə İdman Kompleksi. Saat 19:00.
Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 70. İssa Cibrilla, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 23. Rafael Utziq, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 99. Mateuş Koxalski, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:28 / 02.02.2025
“Qarabağ” “Zirə”yə məğlub oldu - VİDEO
Hazırda oxunan: “Qarabağ” “Zirə”yə məğlub oldu - VİDEO
Hazırda oxunan: “Qarabağ” “Zirə”yə məğlub oldu - VİDEO
232922
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.