"Liverpul" futbolçusu Darvin Nunesi cari qış transfer pəncərəsində satmaq niyyətində deyil.
Bizim.Media xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
"Əl-Nəsr" 25 yaşlı hücumçu üçün "mersisaydlılar"a 84 milyon avro təklif edib. Lakin "Liverpul" bu təklifə rədd cavabı verib.
İngiltərə klubu uruqvaylı futbolçunun heç bir məbləğə satılmayacağını bildirib. Nunesin özünün isə “Əl-Nəsr”a mümkün transferin detallarını müzakirə etməkdə maraqlı olduğu vurğulanır.
Darvin Nunes cari mövsüm bütün turnirlərdə 29 oyun keçirib , 6 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:43 / 02.02.2025
"Liverpul" 84 milyonluq təklifi RƏDD ETDİ
Hazırda oxunan: "Liverpul" 84 milyonluq təklifi RƏDD ETDİ
Hazırda oxunan: "Liverpul" 84 milyonluq təklifi RƏDD ETDİ
232824
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.