La Liqanın prezidenti Havyer Tebas "Barselona"nın futbolçusu Dani Olmonun qeydiyyatı haqda danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. O deyib:
"Biz La Liqa rəhbərliyi olaraq qanunlara uyğun davrandıq. Məhkəmənin bu məsələdə iştirakı yaxşı mənzərə yaratmır. İspaniyanın Ali İdman Şurasının verdiyi qərar onu göstərdi ki, onlar qeydiyyatın necə həyata keçirildiyini bilmirlər. Dekabrın 31-i "Barselona"dan bizə dedilər ki, feyr-pley yoxdur. Daha sonra onlar Olmonun qeydiyyatını yeniləmək istədilər, lakin biz onlara dedik ki, bunu edə bilmərik, çünki buna icazə yoxdur".
Xatırladaq ki, daha öncə La Liqa və İspaniya Kral Futbol Federasiyasının imtinasına baxmayaraq, Kataloniya klubu məhkəmələrdə şikayətlərinə baxıldığı dövrdə sözügedən futbolçuları Dani Olmo və Pau Viktoru La Liqa, ölkə kuboku və İspaniya Superkubokunda oynada biləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:33 / 01.02.2025
La Liqa "Barselona" futbolçularının qeydiyyatı ilə BARIŞMIR
Hazırda oxunan: La Liqa "Barselona" futbolçularının qeydiyyatı ilə BARIŞMIR
Hazırda oxunan: La Liqa "Barselona" futbolçularının qeydiyyatı ilə BARIŞMIR
232820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.