“Turan Tovuz” "Səbail"lə bərabərə qaldı

Hazırda oxunan: “Turan Tovuz” "Səbail"lə bərabərə qaldı

232791

Misli Premyer Liqasında 21-ci tur davam edir.

Bizim.Media xəbər verir ki, bu gün daha iki matçdan 1-i keçirilib.

Günün ilk oyununda “Turan Tovuz” öz meydanında “Səbail”i qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, "Turan Tovuz" 36 xalla 4-cü yerdə, "Səbail" isə 16 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, günün ikinci oyununda “Sumqayıt” “Araz-Naxçıvan”ı sınağa çəkəcək.

Misli Premyer Liqası

21-ci tur

1 fevral

16:00. “Turan Tovuz” - “Səbail” - 1:1

Qol: Alexandro Serrano, 29 (1:0), Madi Queta, 82 (1:1)

Qırmızı vərəqə: Kauan Martins, 45+3 ("Turan Tovuz")

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Tovuz şəhər stadionu.

18:30. “Sumqayıt” - “Araz-Naxçıvan”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin