“Nürnberq”in baş məşqçisi Miroslav Kloze futbolçusu, Azərbaycan millisinin üzvü Mahir Emreli haqda danışıb.
Bizim.Media xəbər verir ki, o, 27 yaşlı hücumçunun Almaniya II Bundesliqasının 20-ci turunda “Darmştadt”la qarşıdakı oyunda mümkün iştirakı ilə bağlı qısa fikirlərini bölüşüb:
“Emrelinin heyətdə olması əlbəttə ki, mümkündür. O, məşqdə özünü göstərdi".
Qeyd edək ki, Mahir sarı vərəqə limitini aşdığı üçün 19-cu turda "Şalke" ilə matçı buraxmışdı.
Emreli bu mövsüm “Nürnberq”lə bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 4 qol vurub və 1 qol ötürməsi edib. O, son dəfə bundesliqada ötən ilin noyabrın 3-də “Hamburq”la matçda qol vurub. Ondan sonra liqadakı 7 görüşdə Mahir rəqib qapısına yol tapa bilməyib.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:16 / 31.01.2025
Kloze: "Emreli məşqdə özünü göstərdi"
Hazırda oxunan: Kloze: "Emreli məşqdə özünü göstərdi"
Hazırda oxunan: Kloze: "Emreli məşqdə özünü göstərdi"
232696
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.