"Sumqayıt" iki futbolçusu ilə yolları ayırdı

Hazırda oxunan: "Sumqayıt" iki futbolçusu ilə yolları ayırdı

232676

"Sumqayıt" iki futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar Kristian Velinovski və Nikola Vuynoviçdir.

Hər iki oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, Kristiayn Velinovski 2023-cü ilin sentyabrından “Sumqayıt”da çıxış edirdi. O, bu mövsüm cəmi 2 oyunda meydana çıxmışdı. Vuynoviç isə ötən ilin iyul ayından "Sumqayıt"da oynayırdı. O, bu mövsüm 16 oyuna çıxıb və 2 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin