Qvardiola Çempionlar Liqasında başını və üzünü cırmaqladı - FOTO/VİDEO

Hazırda oxunan: Qvardiola Çempionlar Liqasında başını və üzünü cırmaqladı - FOTO/VİDEO

232480

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının ümumi mərhələsinin sonuncu - 8-ci turunda Belçikanın "Brügge" komandasına qarşı oyunu izləyərkən emosionallığını saxlaya bilməyib. O, matçı alnında və başında cırmaq izləri ilə bitirib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Xatırladaq ki, ispaniyalı məşqçi noyabr ayında "Feyenord"la Çempionlar Liqası oyunu zamanı da üzünü cırmışdı. Həmin oyunda "şəhərlilər" üç qol üstünlüyünü əldən verərək 3:3 hesabı ilə heç-heçə etmişdilər.

"Mançester Siti" və "Brügge" arasında oyun İngiltərənin "Etihad" stadionunda baş tutub. Oyunu Xose Sançes Martinesin rəhbərlik etdiyi ispan hakimlər briqadası idarə edib. "Mançester Siti" 3:1 hesabı ilə qələbə qazanıb.

Çempionlar Liqasının ümumi mərhələsinin nəticələrinə görə "Mançester Siti" 11 xalla turnir cədvəlində 22-ci yeri tutub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin