14 yaşlı Əhmədov Karlseni MƏĞLUB ETDİ

Hazırda oxunan: 14 yaşlı Əhmədov Karlseni MƏĞLUB ETDİ

232220

14 yaşlı rusiyalı şahmatçı David Əhmədov “Title Tuesday” onlayn turnirində keçmiş dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlseni məğlub edib.

Bizim.Media xəbər verir ki, Əhmədov və Karlsen yarışın ikinci raundunda qarşılaşıblar.

2368 bal alan Əhmədov ağ fiqurlarla norveçlini üstələyib.

Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildən 2023-cü ilə qədər şahmat üzrə dünya çempionu titulunu saxlayıb, sonra isə bu tituldan könüllü olaraq imtina edib. Karlsenin reytinqi 2831-dir, o, dünya reytinqinin lideridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin