Azərbaycan millisinin üzvü Rusiyada klubunu DƏYİŞDİ

Hazırda oxunan: Azərbaycan millisinin üzvü Rusiyada klubunu DƏYİŞDİ

232209

Azərbaycanın qadınlardan ibarət millisinin üzvü Diana Məmmədova karyerasını Rusiyada davam etdirəcək.

Bizim.Media xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Rubin”də çıxış edəcək.

Bu barədə qadınlar arasında keçirilən Superliqanın mətbuat xidməti məlumat yayıb. Məmmədova ilə bağlanana müqavilənin müddəti hələlik açıqlanmayıb.

Diana Məmmədova ötən mövsümü Superliqanın digər təmsilçisi “Yenisey” klubunda keçirib və 24 oyuna 1 qol vurub.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan yığmasının müdafiəçisi Alina Dorofeyeva da “Yenisey”dən “Rubin”ə transfer olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin