“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, özbəkistanlı futbolçu Umarali Raxmonaliyevin keçidi ilə bağlı Rusiyanın “Rubin” (Kazan) klubu ilə razılıq əldə edilib.
Müqaviləyə əsasən, Raxmonaliyev icarə əsasında "Sabah"ın uğurları üçün çalışacaq. İcarə müqaviləsinin müddəti 1 ildir.
Qeyd edək ki, Umarali karyerası ərzində “Rubin”dən başqa Özbəkistanın “Bunyodkor” komandasında da çıxış edib. 21 yaşlı yarımmüdafiəçi Özbəkistanın U-23 millisinin üzvüdür. O, yığmada 16 oyun keçirib, 3 qol vurub.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:20 / 28.01.2025
Özbəkistanlı futbolçu “Sabah”da
Hazırda oxunan: Özbəkistanlı futbolçu “Sabah”da
Hazırda oxunan: Özbəkistanlı futbolçu “Sabah”da
232149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.