Qurban Qurbanov: “Üç küncdən zərbə və üç qol istər-istəməz ağır gəlir” - VİDEO

Hazırda oxunan: Qurban Qurbanov: “Üç küncdən zərbə və üç qol istər-istəməz ağır gəlir” - VİDEO

231472

“Üç küncdən zərbə və üç qol istər-istəməz ağır gəlir insana. Amma bu, futboldur və bunlar futbolun xoşagəlməyən tərəfləridir”.

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda evdə FCSB-yə 2:3 hesabı ilə uduzduqları matç barədə danışarkən deyib.
 

“Ard-arda qollar vurasan və sonra xeyli sayda qolları qapında görəsən. Bəlkə də rəqib bu tərəfdən daha aktiv və hazırlıqlı idi. Amma futbolçularım çox əziyyət çəkdilər. Çünki oyundan əvvəl də danışmışdıq ki, Bakıda son oyunumuzdur və qalib gəlmək istəyirdik. Amma alınmadı”, - baş məşqçi bildirib.


Mütəxəssis Juninyonun oyunda iştirak etməməsinə də toxunub: “Hər bir oyunçunun sağlam olmaması və oyunda iştirak etməməsi komandaya təsir edir. Hər bir halda, pozitiv olub irəli axmalıyıq. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Hələ bir oyunumuz da var. İstərdik həmin oyunda daha yaxşı nəticə əldə edək.

Futboçularıma təşəkkür edirəm ki, çətin də olsa, qalib gəlmək istədilər. Sadəcə alınmadı”.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxıb. Ağdam təmsilçisi evdə FCSB (Rumıniya) ilə qarşılaşıb. Matç rəqib komandanın 2:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Qarabağ" pley-off şansını itirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin