Xəbər verdiyimiz kimi "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi evdə FCSB (Rumıniya) ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 21:45-də başlayıb. Oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edib.
Oyun rəqib komandanın 2:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “Qarabağ” pley-off şansını itirib.
Avropa Liqası, Liqa mərhələsi, 7-ci tur
21:45. "Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya) - 2:3
Qollar: Leandro Andrade, 1 (1:0), Şut, 7 (1:1), Nqezana, 41 - avtoqol (2:1), Mikulesku, 45+4 (2:2), Şut, 73 (2:3)
Hakimlər: Filip Qlova, Daniel Polaçek, Peter Bednar, Lukaş Dzivyak (Slovakiya)
VAR: Mihal Oçenaş
AVAR: Martin Dohal
Tofiq Bəhramov adına Respublika Stadionu
Bizim.Media