Bu gün "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxır.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi evdə FCSB (Rumıniya) ilə qarşılaşır. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayıb. Oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edir.
Hazırda turnir cədvəlində FCSB 11 xalla 10-cu, "Qarabağ" isə 3 xalla 33-cüdür.
Qurban Qurbanovun komandası pley-off şanslarını qorumaq üçün Rumıniya klubuna qalib gəlməlidir.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin son - 8-ci turunda Yunanıstan "Olimpiakos"unun qonağı olacaq.
Avropa Liqası, Liqa mərhələsi, 7-ci tur
21:45. "Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya)
Hakimlər: Filip Qlova, Daniel Polaçek, Peter Bednar, Lukaş Dzivyak (Slovakiya)
Bizim.Media