"Latsio" Avropa Liqası çərçivəsində keçiriləcək "Real Sosyedad"la matçdan öncə baş verən azarkeşlərin qarşıdurması ilə bağlı bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Bəyanatda bildirilir: "Gecə saatlarında baş verən hadisələrlə bağlı araşdırmanın nəticəsini gözləyən "Latsio", zorakılığın bütün formalarını tənqid edərək, səlahiyyətlilərə əməkdaşlıq təklif edir. Əgər araşdırmanın nəticəsində azarkeşlərin iştirakı təsdiq olunsa, klub ciddi şəkildə hərəkətə keçərək ən sərt tədbirləri tətbiq edəcək".
Bildirilir ki, qarşıdurmada 3 nəfər bıçaqlanıb.
Qeyd edək ki, "Latsio" - "Real Sosyedad" matçı bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:11 / 23.01.2025
Avroliqa oyunundan əvvəl qarşıdurma BAŞ VERDİ
Hazırda oxunan: Avroliqa oyunundan əvvəl qarşıdurma BAŞ VERDİ
Hazırda oxunan: Avroliqa oyunundan əvvəl qarşıdurma BAŞ VERDİ
231433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.