Parisdə medal qazanan idmançılarımız Beynəlxalq Olimpiya Komitəsinə müraciət etdi

Hazırda oxunan: Parisdə medal qazanan idmançılarımız Beynəlxalq Olimpiya Komitəsinə müraciət etdi

231389

Milli Olimpiya Komitəsi Fransanın paytaxtı Parisdə keçirilmiş XXXIII Yay Olimpiya Oyunlarında yer tutan Azərbaycan idmançılarının medallarının keyfiyyətini itirməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib.

MOK-dan Bizim.Media-ya bildiriblər ki, idmançıların müraciəti əsasında araşdırmalar aparılıb və nəticədə məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kiloqram) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kiloqram) başqa, digər beş idmançının medallarında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib.

Məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kiloqram) qızıl, taekvondoçu Qaşim Maqomedovun (58 kiloqram) və boksçu Alfonso Dominqesin (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kiloqram) bürünc medalları keyfiyyətini itirib.

Milli Olimpiya Komitəsi bu araşdırmaların nəticəsi olaraq Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi müraciət ünvanlayıb. BOK-dan bu müraciətlə bağlı cavab gəldikdən sonra medalların geri qaytarılması və yeniləri ilə əvəz olunması ilə bağlı növbəti addımlar atılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin