Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Əl Oyunları Sarayında keçirilən basketbol yarışından sonra polis əməkdaşları 10000 manat pul taparaq sahibinə qaytarmışdı.
Bizim.Media xəbər verir ki, basketbol millimizin oyunçusu Zaur Paşayev Prosport.az-a müsahibəsində həmin pul vəsaitinin ona aid olduğunu açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda tapılan 10000 manat sahibinə QAYTARILDI
“Bildiyiniz kimi, Basketbol Federasiyasının ofisi Bakı İdman Sarayında yerləşir. Mühasib “Quba” komandasının əməkhaqqısını vermişdi.
Mən də pilləkəndən enəndə, cibimdən 10 min manat düşmüşdü. Sağ olsun ki, polis işçiləri itirən şəxsi axtardı. Mən də oyunun başlanmasını gözləyirdim. Birdən mühasib dedi ki, “verdiyim pulu itirməmisən?” Əlimi cibimə atdım ki, yoxdur. Dedi ki, “polis artıq pulu tapıb, sənədləri gəl götür məndən, təqdim et ki, sənin pulundur”. Belə oldu, pulu özümüzə qaytardılar. Allah belə polislərimizdən razı olsun (yeri gəlmişkən, federasiya rəhbərliyi həmin polisə təşəkkürnamə təqdim edəcək – red.)”, - basketbolçu qeyd edib.
Bizim.Media