“Qarabağ” Bolqarıstan klubunun üzvü ilə danışıq aparır

Hazırda oxunan: “Qarabağ” Bolqarıstan klubunun üzvü ilə danışıq aparır

231234

“Beroe”nin hücumçusu Leandro Qodoy karyerasını Azərbaycanda davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, Bolqarıstanda çıxış edən argentinalı “Qarabağ“ın transfer siyahısında yer alıb.
 

Ağdam təmsilçisi 5 milyon avro qarşılığında “Flamenqo“ya satdığı Olavio Juninyonun yerinə məhz onu hədəfinə alıb. Hazırda tərəflər arasında danışıqlar davam edir.


23 yaşlı forvardın xidmətində Rusiyadan “Lokomotiv” və Bolqarıstandan SSKA da maraqlıdır. “Beroe”nin Qodoya görə 1 milyon avro təzminat tələb etdiyi bildirilir. Onun bu klubla 2027-ci ilin yayına qədər müqaviləsi var.

Qeyd edək ki, mərkəz hücumçusu olan Qodoy bu mövsüm “Beroe”nin heyətində bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 12 qol vurub. Argentinalı "Rasinq", “Çakarita Juniors” (hər ikisi Argentina) və “Torreense”də (Portuqaliya) oynadıqdan sonra “Beroe”yə keçib. O, “Defensa Xustisiya”da icarə əsasında çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin