“Real”ın baş məşqçisi Karlo Ançelottinin klubdakı gələcəyi ilə bağlı planları bəlli olub.
Bizim.Media xəbər verir ki, bunu italiyalı mütəxəssisin özü açıqlayıb.
O, mövsümün sonunda klubdan ayrılacağı ilə bağlı şayiələri təkzib edib:
“Qətiyyən “Real”ı tərk etmək niyyətim yoxdur. Florentino Pereslə birlikdə 2029-cu ilədək qalmağa ümid edirəm. Dörd il sonra onunla birgə getmək yaxşı olardı. Klubla möhtəşəm vida da təşkil edərdik”.
Qeyd edək ki, 2021-ci ildə “Real”a qayıdan Ançelottinin müqaviləsi 2026-cı ilin yayında başa çatmalıdır.
Rəşad Rafiqoğlu, Bizim.Media