“Neftçii”nin sabiq futbolçusu Ahmed Ahmedov karyerasını Yaponiyada davam etdirəcək.
Bizim.Media xəbər verir ki, 29 yaşlı hücumçu “Spartak”dan (Bolqarıstan) “Şimizu S-Pulse” klubuna transfer olunub.
Bu barədə Yaponiya klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bolqarıstanlı futbolçu 2021-ci ildə “Neftçi”də çıxış edib. O, “ağ-qaralar”ın heyətində 9 oyunda 1 qol vurub. Bu yeganə qol isə "Neftçi"yə çempionluq gətirib. Məhz bu qol sayəsində “Neftçi” “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etmiş və 2020-2021-ci illər mövsümündə çempion olmuşdu.
Bizim.Media