Azərbaycanlı məşqçinin komandası İngiltərə kubokunu QAZANDI

Hazırda oxunan: Azərbaycanlı məşqçinin komandası İngiltərə kubokunu QAZANDI

230916

Azərbaycanlı məşqçi Samit Nuruzadənin rəhbərlik etdiyi “Ridinq Rokets” basketbol klubu İngiltərə milli kubokunun qalibi olub.

Bizim.Media xəbər verir ki, həmyerlimizin komandası finalda “Hemel Storm”u 108:83 hesabı ilə məğlub edib.

Bu, Nuruzadənin komandası üçün 2013/14 mövsümündən sonra ilk tituldur. Nuruzadə titulu qazandıqdan sonra bu cür danışıb: “Bu gözəl hissdir, biz uzun müddətdir ki, bunun üçün çalışırıq.

“Ridinq Rokets” çox uğurlu klubdur və bəzən finallarda məğlub olsaq da, bu dəfə yaxşı çıxış etdik”. Xatırladaq ki, ötən mövsüm millimizin sabiq çalışdırıcısının komandası İngiltərə Basketbol Liqasının (EBL) finalında “Hemel Storm”a uduzmuşdu.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin