Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının son bir il üçün reytinq cədvəlini açıqlayıb.
Bizim.Media xəbər verir ki, 700 klubun yer aldığı siyahıda Azərbaycan Premyer Liqasının dörd komandası yer alıb: “Qarabağ”, “Zirə”, “Sabah” və “Turan-Tovuz”.
Yenilənmiş reytinqə əsasən, “Qarabağ” 168,75 xalla 67-ci yerdən 81-ci yerə enib. Ağdam təmsilçisini “Gent” və “Kolo-Kolo” (hər biri 169) cədvəldə qabaqlayıb. Azərbaycan çempionunu isə daha aşağı pillədə “Bodo-Qlimt” (167) izləyir.
“Zirə” isə 2019-cu pillədən 208-ci pilləyə yüksəlib. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Universitario”(99,5) ilə eyni xaldadır. “Sabah” öz mövqeyini yaxşılaşdıraraq, 400-cü yerdə (62,25) dörd klubla eyni mövqeni bölüşməklə yanaşı, “Pumas”(Meksika) və “Raja Kasablanka”(Mərakeş) (hər ikisi 62,5) aşağı olmaqla, Fransanın “Reyms”, Belçikanın “Vesterlo” kimi bir sıra komandalarını qabaqlayıb.
“Turan-Tovuz” da bir sıra klublarla (hər biri 53,75) bölüşdüyü 496-cı yerdən 494-cü yerə yüksələrək irəliləyib. Berdiyevin komandası San-Marinonun “Virtus”, Niderlandın “Heerenveen” klublarından geridədir. Ancaq tovuzlular Hondurasın “Marafon” klubunu (54) qabaqlayıb.
Ötən ilin ən yaxşı klubu “Real” Madriddir (441 xal).
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
15:45 / 19.01.2025
“Qarabağ” dünya reytinqində gerilədi
Hazırda oxunan: “Qarabağ” dünya reytinqində gerilədi
Hazırda oxunan: “Qarabağ” dünya reytinqində gerilədi
230731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.