“Mançester Siti” Holandla müqaviləni UZATDI

Hazırda oxunan: “Mançester Siti” Holandla müqaviləni UZATDI

230484

"Mançester Siti"nin hücumçusu Erlinq Holand klubla müqaviləsinin müddətini 2034-cü ilin yayına qədər uzadıb. 

Bizim.Media xəbər verir ki, norveçli forvard daha 9,5 il "şəhərlilər"in şərəfini qoruyacaq. 
 

Məlumata görə, yeni müqavilədən əvvəllər qüvvədə olan bütün satın alma bəndləri çıxarılıb. 24 yaşlı futbolçunun maaşı klubda ən yüksək olacaq - bunun idman tarixinin ən bahalı müqavilələrindən biri olduğu bildirilir. 


Qeyd edək ki, Holand bu mövsüm "Mançester Siti"də bütün turnirlərdə 28 oyun keçirib, 21 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin