"Arsenal" "Real Sosyedad"ın futbolçusu Martin Zubimendi ilə danışıqlarda irəliləyib.
Bizim.Media xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
İspaniya klubu 25 yaşlı dayaq yarımmüdafiəçini qışda satmaq niyyətində deyil. London təmsilçisi isə ispaniyalı futbolçunun tərəfi ilə danışıqlar aparır. İngiltərə klubu yayda "Real Sosyedad"a 60 milyon avro təklif edərək azad buraxılma bəndindən istifadə etmək istəyir.
Qeyd edək ki, Martin Zubimendi bu mövsüm La Liqa təmsilçisinin heyətində 22 oyuna çıxaraq 1 qol vurub və 2 qolun ötürməsini edib.
Bizim.Media