"Liverpul"un vingeri Məhəmməd Salah İngiltərə klubundan ayrılmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, Səudiyyə Ərəbistanından olan mənbələr misirli futbolçunun azad agent kimi adıçəkilən ölkənin klublarından birinə keçmək barədə razılığa gəldiyini bildirir.
Məlumata görə, Salah gələn mövsüm onların çempionatında oynamaq üçün Səudiyyə Ərəbistanı nümayəndələri ilə müqavilə bağlayıb, lakin o, hələ klubun adını bilmir.
Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) liqada dörd klub - "Əl-Hilal", "Əl-İttihad", "Əl-Nəsr" və "Əl-Əhli"nin tam sahibidir. Salahla anlaşan qurum onun harada çıxış edəcəyi ilə bağlı qərar verəndən sonra onun klubu bəlli olacaq.
Qeyd edək ki, 32 yaşlı Salah bu mövsüm Premyer Liqada 19 matçda 18 qol vurub və 13 məhsuldar ötürmə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
13:27 / 14.01.2025
Məhəmməd Salah da Səudiyyə Ərəbistanına GEDƏCƏK
Hazırda oxunan: Məhəmməd Salah da Səudiyyə Ərəbistanına GEDƏCƏK
Hazırda oxunan: Məhəmməd Salah da Səudiyyə Ərəbistanına GEDƏCƏK
229950
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.