"Milan"nın sabiq futbolçusu Simon Kyer karyerasını bitirib.
Bizim.Media xəbər verir ki, bu barədə danimarkalı futbolçunun özü "TV2" telekanalına açıqlayıb.
O deyib: "Hazırda bu fəsli bağlamağın vaxtıdır. Son bir il, Avropa çempionatına qədər bu qərar haqda düşünürdüm. Ondan sonra bir çox səbəblər var idi ki, gələcəkdə məni nəyin gözləyəcəyinə baxım. Amma heç nə alınmasa, dayanacağam".
Qeyd edək ki, Simon Kyerin son klubu "Milan" olub. O, İtaliya təmsilçisindən ötən yay ayrılıb. Sabiq müdafiəçi karyerası ərzində "Atalanta", "Sevilya", "Fənərbaxça", "Lill", "Roma", "Volfsburq", "Palermo" və "Midtyullann" kimi komandalarda da çıxış edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:43 / 14.01.2025
"Milan"nın sabiq futbolçusu karyerasını BİTİRDİ
Hazırda oxunan: "Milan"nın sabiq futbolçusu karyerasını BİTİRDİ
Hazırda oxunan: "Milan"nın sabiq futbolçusu karyerasını BİTİRDİ
229882
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.