FİFA Renat Dadaşovun şikayətinə əsasən “Hatayspor” klubuna transfer qadağası qoyub.
Bizim.Media xəbər verir ki, buna səbəb klubun Azərbaycan yığmasının hücumçusuna borclu qalmasıdır.
2023/2024 mövsümündə Hatay təmsilçisinin heyətində çıxış edən Dadaşovun müqaviləsinin şərtləri yerinə yetirilməyib. Nəticədə FIFA "Hatayspor"a iki transfer pəncərəsində qadağası qoyub. Məsələ ilə bağlı klub İdman Arbitraj Məhkəməsinə müraciət edib.
Qeyd edək ki, yayda "Hatayspor"dan ayrılan Renat sərbəs futbolçu kimi “Ankaragücü”nə keçib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
20:33 / 13.01.2025
FİFA Türkiyə klubuna qadağa qoydu – Millimizin üzvünə görə
Hazırda oxunan: FİFA Türkiyə klubuna qadağa qoydu – Millimizin üzvünə görə
Hazırda oxunan: FİFA Türkiyə klubuna qadağa qoydu – Millimizin üzvünə görə
229855
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.