Futbol üzrə Albaniya Super Liqasında 20-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" doğma meydanda "Laçi"ni qəbul edib.
Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Zamiq Əliyev də qarşılaşmanın iştirakçısı olub. 23 yaşlı mərkəz müdafiəçisi 90-cı dəqiqədə meydana daxil olub. Xallarını 33-ə yüksəldən "Eqnatiya" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
11:30 / 11.01.2025
Millimizin üzvü oynadı, komandası qalib gəldi
Hazırda oxunan: Millimizin üzvü oynadı, komandası qalib gəldi
Hazırda oxunan: Millimizin üzvü oynadı, komandası qalib gəldi
229496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.