Diniyevin komandasından HEÇ-HEÇƏ

Hazırda oxunan: Diniyevin komandasından HEÇ-HEÇƏ

229473

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Bandırmaspor" 19-cu tur çərçivəsində səfərdə "Pendikspor"un qonağı olub.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. İlk hissədə hesabda geri düşən Diniyevin komandası 90+6-cı dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıb.

Görüşə start heyətdə başlayan Coşqun sona qədər meydanda olub.

Bu heç-heçədən sonra "Bandırmaspor" 34 xalla 2-ci pillədə qərarlaşıb və 1 oyun az keçirən lider "Kocaelispor"dan 4 xal geri qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin