“Qarabağ” Olavio Juninyo ilə bağlı “Flamenqo”dan aldığı ilk təklifi qəbul etməyib.
Bizim.Media Braziliya mətbuatına istinadən xəbər verir ki, Rio de Janeyro təmsilçisinin şərtləri Azərbaycan çempionunu qane etməyib.
“Qarabağ” hücumçusu üçün 6 milyon avro istəyir.
Cənubi amerikalıların ilk təklifi bu tələbə uyğun gəlmədiyi üçün keçid hələlik baş tutmayıb. Lakin “Flamenqo” ikinci təklif hazırlayır. Braziliyalılar “Qarabağ”ın güzəştə gedəcəyi qənaətindədir.
Buna futbolçunun istəyi səbəb ola bilər. Juninyonun özü də vətənində oynamaq arzusundadır. O, klubla ilkin razılıq da əldə edib.
Qeyd edək ki, “Flamenqo”dan əvvəl “Sevilya” ilə razılığa gələn Juninyo sonradan fikrindən dönərək Braziliyaya qayıtmağa qərar verib.
Rəşad Rafiqoğlu, Bizim.Media