"Mançester Yunayted" futbolçusu Amad Diallo ilə müqaviləni uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
22 yaşlı vingerin yeni sözləşməsi 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.
Qeyd edək ki, Fil Dişi Sahlindən olan futbolçu 2021-ci ildə "Atalanta"dan "Mançester Yunayted"ə keçib. O, bu mövsüm İngiltərə klubunda ümumilikdə 28 oyunda 6 qol vurub və 7 qol ötürməsi edib.
Rəşad Rafiqoğlu, Bizim.Media