Daha bir İngiltərə klubu baş məşqçini istefaya GÖNDƏRDİ

Hazırda oxunan: Daha bir İngiltərə klubu baş məşqçini istefaya GÖNDƏRDİ

229301

"Everton" baş məşqçisi Şon Dayçla yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

"Everton"u müvəqqəti olaraq klubun 18 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Leyton Beyns çalışdıracaq.

Qeyd edək ki, Şon Dayç 2023-cü ilin yanvar ayından "Everton"u çalışdırırdı. Komanda hazırda Premyer Liqada 19 oyundan sonra 17 xalla 16-cı pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin